“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi yenə işsiz qaldı

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi yenə işsiz qaldı

Türkiyənin "Kasımpaşa" futbol komandası baş məşqçisi Mustafa Denizliilə yollarını ayırıb. 

Sport7.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis vəzifəsindən istefa verib. 

Təcrübəli məşqçi istədikləri nəticələri əldə edə bilmədikləri üçün bu addımı atdığını vurğulayıb. 

Qeyd edək ki, "Kasımpaşa" 32 turdan sonra Türkiyə Super Liqasında 38 xalla 13-cü pillədə qərarlaşıb. Mustafa Denizli 2013-2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub. 

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR