Xocalı soyqırmı ilə əlaqədar açıq birincilik keçiriləcək

Xocalı soyqırmı ilə əlaqədar açıq birincilik keçiriləcək

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə "26 fevral Xocalı soyqırımına" həsr olunmuş Bakı şəhər açıq birinciliyi keçiriləcək.

Sport7.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil ediləcək yarışlara fevralın 28-də start veriləcək.
 
Üç gün davam edəcək birincilikdə 2009-2011-ci il təvəllüdlü uşaq, 2006-2008–ci il təvəllüdlü yeniyetmə və 2003-2005-ci il təvəllüdlü gənc taekvondoçular mübarizə aparacaqlar.

"DAEDO İnternational” taekvondo sistemi ilə keçiriləcək turnirin təşkilində məqsəd bu idman növünün təbliği və inkişaf etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılmasıdır.

Turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları ilə təltif ediləcəklər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR