Xorvatiyalı ulduz Superliqa klublarının hədəfində

Xorvatiyalı ulduz Superliqa klublarının hədəfində

Mario Mandzukiç Qətərdə formasını geydiyi "Əl-Duhail"dən ayrılıb.

Sport7.az xəbər verir ki, müqaviləsinə qarşılıqlı razılıqla xitam verilən 34 yaşlı xorvat ulduz karyerasını Türkiyədə davam etdirə bilər.

Xorvatiya yığmasının sabiq üzvü "Fənərbaxça" və "Qalatasaray"ın transfer siyahısında yer alıb. Həmçinin İtaliyada "Benevento" və Moskva "Lokomotiv"i də Mandzukiçlə yaxından maraqlanır. Hazırda azad agent olan ulduz futbolçu təklifləri dəyərləndirməyə başlayıb.

Mandzukiç "Əl-Duhail"in heyətində Qətər çempionatında 5 oyun keçirib, qol hesabını aça bilməyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR