Xorvatlar Bakıdadı

Xorvatlar Bakıdadı

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Xorvatiya yığması Bakıya gəlib.

Sport7.az xəbər verir ki, Zlatko Daliçin komandası sentyabrın 6-da Slovakiyaya qarşı keçirdikləri səfər oyunundan dərhal sonra Azərbaycana yola düşüb.

Xorvatlar Heydər Əliyev adına hava limanından otelə yox, birbaşa fitnes zala yollanıblar. Ölkə mətbuatının yazdığına görə, millimizin rəqibi Bakıdakı oyuna ciddi yanaşır.

Xorvatiya millisi bu gün oyunun keçiriləcəyi 8-ci km stadionunda son məşqinə çıxacaq.

Sabah keçiriləcək Azərbaycan – Xorvatiya matçına saat 20:00-da start veriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR