"Xorvatlar Yurçeviçin xətrinə dəymədilər" - Mahir Şükürov

"Xorvatiya gedib Slovakiyaya 4 top vurur, slovaklar bizə 5 qol vurur... Məncə, xorvatlar Yurçeviçin xətrinə dəymədilər. İstədilər ki, bir xorvatın xətrinə dəyməsinlər". 

Bu sözləri Sport7.az-a millimizin sabiq futbolçusu Mahir Şükürov Azərbaycan yığmasının AÇ-2020-in seçmə oyunları çərçivəsində Xorvatiya ilə heç-heçə etdiyi oyun barədə açıqlamasında bildirib. 

Veteran futbolçu rəqib komandanın meydanda oyun göstərmədiyini qeyd edib: "Uşaqlar dünən əziyyət çəkdilər, pis oynamadılar. Bizim heyətdən 3 nəfəri fərqləndirərdim: Emil Balayev, Qara Qarayev və Təmkin Xəlilzadə.  Ancaq yenə də Xorvatiya Xorvatiyadır. Açıq-aydın görsənirdi ki, xorvatlar meydanda oynamadılar". 

Qeyd edək ki, bu heç-heçə ilə Azərbaycan millisi qrupda ilk xalını qazanıb. 

Röya Kərimli
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR