Yanvarda Mourinyuya transfer büdcəsi ayrılmayacaq

Yanvarda Mourinyuya transfer büdcəsi ayrılmayacaq

"Tottenhem"in yeni baş məşqçisi Joze Mourinyu qış "transfer pəncərəsi"ndə komandanın heyətini gücləndirə bilməyəcək.

"The Guardian"ın xəbərinə görə, "Tottenhem" rəhbərliyi əvvəlcədən yanvarda transferlərə pul ayırmayacağını Mourinyunun nəzərinə çatdırıb. London klubu stadionun tikintisi ilə əlaqədar götürdüyü borcları geri ödəməlidi. Bu mənada Çempionlar Liqasında iştirakdan əldə ediləcək gəlir böyük rol oynayır. Ona görə də Mourinyunun qarşısına Premyer Liqanı "ilk dördlük"də bitirmək tapşırığı qoyulub.

Portuqaliyalı mütəxəssisin müqaviləsi 2022-23 mövsümünün sonuna kimi nəzərdə tutulub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR