Yapon nazir:

Yapon nazir: "Olimpiada təxirə salına bilər"

Yaponiyanın baş naziri Sindzo Abe Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınmasını istisna etməyib. 

Sport7.az xəbər verir ki, hökumət rəhbəri ertələnmənin yarışların tam formatda keçirilməsi mümkün olmayacağı təqdirdə gerçəkləşəcəyini açıqlayıb. 

Daha əvvəl Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax olimpiada ilə bağlı yekun qərarın yaxın 4 həftə ərzində veriləcəyini söyləyib. Lakin o, 24 iyul - 9 avqusta təyin olunmuş Oyunların ləğvinin nəzərdən keçirilmədiyini əlavə edib. 

Abe isə, "Mənim strategiyam olimpiadanın tam formatda təşkilidir. Bu, çətinləşsə, ilk növbədə, idmançıları düşünməliyik və istisna deyil ki, təxirəsalma qərarı qəbul etməli olacağıq" sözlərini söyləyib.

Daha əvvəl Kanada və Avstraliyanın Milli Olimpiya və Paralimpiya komitələri Tokio-2020-də iştiraklarının mümkün olmayacağını açıqlayıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR