Yaponlar yerlibazlıq etdi, Rafael ikinci oldu

Yaponlar yerlibazlıq etdi, Rafael ikinci oldu

Azərbaycanın tanınmış karateçisi Rafael Ağayev Yaponiyada haqsızlığa məruz qalıb.
 
Sport7.az xəbər verir ki, paytaxt Tokioda keçirilən karate üzrə Premyer Liqa yarışında beşqat dünya çempionumuz gümüş medal qazanıb. İdmançımız dünya karatesinin "Brilyant"ı, finalda son vaxtlar tez-tez üz-üzə gəldiyi yaponiyalı Ken Nishimura ilə qarşılaşıb.

Görüşdə hesab açılmasa da, hakimlər Rafaelə qarşı ədalətsiz davranıb. Belə ki, bərabər səviyyədə keçən görüşün sonunda qələbə yerli idmançıya verilib. Digər dünya çempionumuz İrina Zaretskaya (-68 kq) isə finalda fransalı Alizee Aqyeyə 3:0 qalib gələrək qızıl medal qazanıb.

Ayxan Mamayev (-84 kq) isə qazaxıstanlı İqor Çixmarevə 3:2 qalib gələrək bürünc medala yiyələnib. Bununla da millimiz karatenin vətənindən üç medalla dönür.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR