Yeni Zelandiyada çempionat erkən yekunlaşdırıldı, çempion elan olundu

Yeni Zelandiyada çempionat erkən yekunlaşdırıldı, çempion elan olundu

Yeni Zelandiyanın Futbol Federasiyası koronavirus səbəbindən Birinci Liqanı yekunlaşdırdığını və "Okland Siti"ni çempion elan etdiyini açıqlayıb.
 
Sport7.az xəbər verir ki, federasiya infeksiya ilə bağlı məsələləri müzakirıə etdiyini və liqanın erkən bitirilməsinə qərar verdiyini bildirib. 
 
Açıqlamada 37 xalla lider olan "Okland Siti"nin çempion elan olunduğu və ikinci pillənin sahibi, yəni onun ən yaxın izləyicisi "Team Vellinqton"la birlikdə Okeaniya Çempionlar Liqasına vəsiqə qazandığı bildirilib. Qərarın hökümət nümayəndələri, peşəkar həkimlər və digər klubların rəsmmiləri ilə müzakirələrdən sonra verildiyi deyilib.
 
Yeni Zelandiyadanın Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkə xaricindən gələn 8 nəfərdə koronavirus aşkarlandığı və infeksiyalı xəstələrin sayının bununla da 20 nəfərə çatdığı bildirilib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR