Yeniyetmə idmançılarımız Antalyadan 11 medalla qayıtdı

Yeniyetmə idmançılarımız Antalyadan 11 medalla qayıtdı

Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında keçirilən "Victory Cup" turnirinə yekun vurulub.

Sport7.az xəbər verir ki, son yarış günündə 6 güləşçimiz fəxri kürsüyə qalxıb. Sərbəst güləşçilərin mübarizəsində Fərhad Kərimli (60 kq) çempion olubsa, Mamed Əhmədov (60 kq) və Kənan Heybətov (51 kq) üçüncü yeri tutub. Qızların turnirində Elnurə Məmmədova (53 kq) və Mərziyə Sadıqova (61 kq) gümüş medal qazanıb. Yunan-Roma güləşçilərinin yarışında isə Elmir Əliyev (51 kq) fəxri kürsünün 2-ci pilləsinə yüksəlib.

Ümumilikdə bu yarışda qazancımız 11 medal - 2 "qızıl", 5 "gümüş" və 4 "bürünc" olub.
 
Beynəlxalq dərəcəli hakim Zaur Şərifov da "Victory Cup"da ədaləti qoruyub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR