Yeniyetmə sablyaçımız Bolqarıstanda çempion oldu

Yeniyetmə sablyaçımız Bolqarıstanda çempion oldu

Qılıncoynadanımız Zərifə Hüseynova Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən "European Cadet Circuit” turnirində 14 yaşadək yeniyetmə sablyaçı qızların şəxsi yarışında gümüş medal qazanıb.
 
Sport7.az xəbər verir ki, qrup mərhələsində bütün rəqiblərini məğlub edən Zərifə 6 qələbə ilə birbaşa 1/32 finala vəsiqə qazanıb. Bu mərhələdə Bolqarıstan təmsilçisi Maya Antonovanı 15:2 hesabı ilə məğlub edən Zərifə növbəti mərhələdə Türkiyə idmançısı Ayşe Naz üzərində 15:6 hesablı qələbə qazanıb.
 
1/8-də digər türkiyəli sablyaçı Nehir Yıldırıma 15:2 hesabı ilə qalib gələn Zərifə 1/4 finalda Yunanıstan təmsilçisi Danai Pigi ilə görüşü 15:4 hesablı qalibiyyətlə başa vurub.
 
Yarımfinalda bolqarıstanlı Kalina Atanasova ilə görüşü 15:11 hesabı ilə irəlidə bitirən Zərifə Hüseynova gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında Macarıstan idmançısı Emese Domonkosa 12:15 hesabı ilə uduzub. Turniri ikinci sırada başa vuran Zərifə Hüseynova gümüş medala layiq görülməklə yanaşı diplom və hədiyyə ilə mükafatlandırılıb.
 
Sablyaçımızın məşqçisi Cahangir Səfərov da xatirə medalına layiq görülüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR