"Yəqin ki, De Byazi də hesabat verəcək" - AFFA rəsmisi

Millətlər Liqasındakı son matçından da 0:0 hesablı nəticə ilə ayrılan yığmamızın baş məşqçisi Canni De Byazi heç şübhəsiz AFFA-ya hesabat verməlidi. Hər halda o qədər də uğurlu nəticəyə imza ata bilməyən italyan mütəxəssis bunun səbəblərini izah etməlidi. Bəs bu hesabat məsələsi nə zaman baş tutacaq? Ümumiyyətlə millinin məşqçiləri oyunlardan sonra Azərbaycana qayıdıbmı?

Məsələ ilə bağlı suallarımızı AFFA-nın Məfbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq. Firuz bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Oyundan sonra məşqçilər hamısı İtaliyaya gediblər. Gələn həftə gələcəklər. Bu, normal prosedurdu. Bütün məşqçilər hər hansı seçmə mərhələ və ya turnir başa çatandan sonra hesabat təqdim edir. Yəqin ki, qayıdandan sonra onlar da hesabat verəcəklər. Xüsusi bir şey deyil, normal haldı".

Səbuhi Həsənov

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR