Yığma Bolqarıstan toplanışını başa vurub Rusiyaya yollanır

Yığma Bolqarıstan toplanışını başa vurub Rusiyaya yollanır

Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplantısını davam edir. 

Sport7.az xəbər verir ki, 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan yığmamız bu gün (15.07.19) Bolqarıstanda təşkil olunan təlim-məşq toplantısını bitirərək Rusiya Federasiyasına yola düşüb.
 
Komandamız bu toplanış ərzində Bolqarıstan millisi ilə yoxlama oyunu da keçiribş. İlk görüşdə 3:1 (23-25, 19-25, 25-21, 25-27) məğlubiyyətə uğrayan xanım voleybolçularımız ikinci oyunda eyni hesabla (25-23, 25-14, 17-25, 25-21)qələbə qazanıb.
 
Rusiyada va daha sonra Türkiyədə də təlim-məşq toplanışına davam edəcək qızlarımız Rusiya millisilə də bir neçə yoxlama matçı keçirəcək. Komandamız turniri qəbul edəcək Braziliyaya isə iyulun 24-də Türkiyədən yollanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR