Yığma Braziliyaya yollandı, yoxlama matçı keçirəcək

Yığma Braziliyaya yollandı, yoxlama matçı keçirəcək

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində iştirak edəcək voleybol üzrə qadınlardan ibarət milli komandamız Bakıda hazırlıqlara başlayıb.
 
Sport7.az xəbər verir ki, hazırlıq planına əsasən voleybolçularımız 11-15 iyul Bolqarıstanda, 15-19 iyul Rusiyada, 19-24 iyul tarixlərində isə Türkiyədə təlim-məşqləri keçib. Komandamız hazırlıqlar zamanı Bolqarıstan, Rusiya və Türkiyə milliləri ilə yoldaşlıq oyunlarında da qüvvəsini sınayıb.
 
Yığmamız bu gün Türkiyədən birbaşa olaraq turniri qəbul edəcək Braziliyaya yola düşüb. Komandamız 6 gün Braziliyanın Sao Paulo şəhərində təlim-məşq toplantısı keçirəcək. Hazırlıq planına uyğun olaraq millimiz yerli Braziliya klublarından biri ilə bir neçə yoldaşlıq oyunu oynayacaq və 30 iyulda Təsnifat Turnirinin keçiriləcəyi Braziliyanın Uberlandiya şəhərinə yola düşəcək.

D qrupunda yer alan Covanni Kapraranın rəhbərlik etdiyi komanda ilk qarşılaşmasında Dominikan Respublikası ilə üz-üzə gələcək. Bu matç avqustun 1-də olacaq. Voleybolçularımız ertəsi gün ev sahibi Braziliya ilə gücünü yoxlayacaq. Qrupda son matçda rəqibimiz isə Kamerun yığması olacaq. Bu görüş avqustun 3-də baş tutacaq. 

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək üçün ümumilikdə 24 ölkənin millisi komandası mübarizə aparacaq. Lisenziya xarakterli Təsnifat Turnirindən, hər qrupdan yalnız qrup birinciləri birbaşa olaraq 2020 Yay Olimpiya oyunlarına vəsiqə əldə edəcək. 
 
D qrupu
 
1 avqust
 
21:15. Braziliya – Kamerun
23:45. Dominikan Respublikası – Azərbaycan
 
2 avqust
 
21:15. Braziliya – Azərbaycan
23:45. Kamerun – Dominikan Respublikası
 
3 avqust
 
17:00. Braziliya – Dominikan Respublikası
19:30. Azərbaycan – Kamerun
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR