Yığmamız 13 komanda arasında I oldu

Yığmamız 13 komanda arasında I oldu

Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçirilir. 

Sport7.az xəbər verir ki, budəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edir. 

Azərbaycan güləşçiləri ilk yarış günündə 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanıb. Komanda hesabında yığmamız I olub. II yerdə İran, III yerdə isə Gürcüstan komandası qərarlaşıb.

İkinci yarış günündə gənclər arasında yunan-Roma güləşi üzrə 102 pəhləvan mübarizə aparıb. Gənc güləşçilərimiz yarış gününü 4 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Komanda hesabında Azərbaycan I, Türkiyə II, Gürcüstan isə III pillədə qərarlaşıb.

Sport7.az 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR