Yığmamız Avropa çempionatına vəsiqə qazana bilmədi

Yığmamız Avropa çempionatına vəsiqə qazana bilmədi

İtaliyanın Linyano Sabbyadoro şəhərində 17 yaşadək qızlardan ibarət həndbol seçmələrinin 2019-cu il Avropa çempionatının təsnifat mərhələsi başa çatıb.

Sport7.az xəbər verir ki, Azərbaycan millisi B qrupunda İtaliya, Belarus, Polşa və Şimali Makedoniya kollektivləri ilə mübarizə aparıb.

Şimali Makedoniyaya 23:30, İtaliyaya 26:35, Polşaya 32:42, Belarusa 22:36 hesabı ilə uduzan komandamız reqlamentə əsasən, A qrupunun 5-cisi Kosovo millisi ilə 9-10-cu pillələr uğrunda görüşə çıxıb.

Bu gün keçirilən qarşılaşma Azərbaycan seçməsinin 35:28 hesablı qələbəsi ilə nəticələnib. 

Beləliklə təsnifat mərhələsini 9-cu yerdə başa vuran komandamız Avropa çempionatına vəsiqə imkanını itirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR