Yığmamız Batumidə III oldu

Yığmamız Batumidə III oldu

Gürcüstan Respublikasının Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib.

Sport7.az xəbər verir ki, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynovun rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın üzvləri 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb. 

55 kq çəkidə mübarizə aparan Təbriz Yusifzadə bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. Mikayıl Rəhmanov (60 kq), Soslan Fanziyev (96 kq) və Cavid Feyziyev (120 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medalı isə yığmamıza Murad Allahverdiyev (66 kq) qazandırıb. 

Komanda hesabında yığmamız III pillədə qərarlaşıb. 

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Ceyhun Salmanov təmsil edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR