Yığmamız beynəlxalq yarışa məğlubiyyətlə başladı

Yığmamız beynəlxalq yarışa məğlubiyyətlə başladı

Voleybol üzrə qadınlardan ibarət milli yığma komandamız 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində mübarizəyə başlayıb.
 
Sport7.az xəbər verir ki, D qrupunda çıxış edən millimiz ilk matçını Dominikan Respublikasının voleybolçularına qarşı keçirib. Braziliyanın Uberlandiya şəhərində keçirilən görüş rəqibin qələbəsi ilə yekunlaşıb 0:3 (15:25, 22:25, 18:25).

D qrupunun digər oyunu Braziliya və Kamerun komandaları arasında keçirilib. Görüşün qalibi 3:0 (25:14, 25:13, 25:16) hesabı ilə Braziliya millisi olub.
 
Qızlarımız bu gün Braziliya millisi ilə görüşəcək. 
 
2 avqust
 
21:15. Braziliya – Azərbaycan
23:45. Kamerun – Dominikan Respublikası
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR