Yığmamız Braziliya klubu ilə oynayacaq

Yığmamız Braziliya klubu ilə oynayacaq

2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan voleybol üzrə qadınlardan ibarət milli komandamız məşqləri Türkiyənin İstanbul şəhərində davam etdirir.
 
Sport7.az xəbər verir ki, Bolqarıstan və Rusiyadan sonra Türkiyəyə yola düşən yığmamız ilk olaraq Türkiyənin İzmir şəhərində 3 gün təlim-məşq toplanışı keçmiş və Türkiyə milli komandası ilə 1 yoldaşlıq oyunu oynamışdır. Matçda ev sahibləri 3-1 hesabı ilə qalib gəlmişdir.

Millimiz 21-24 iyul tarixlərində İstanbulda məşlərə davam edəcək. 24 iyulda isə Braziliyaya yollanacaq.
 
01-03 avqust tarixlərində keçiriləcək Olimpiya Təsnifat Turnirindən öncə komandamızın Braziliyada yerli klublardan biri ilə yoldaşlıq matçı keçirəcəyi gözlənilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR