Yığmamız İtaliyada bürünc medal qazandı

Yığmamız İtaliyada bürünc medal qazandı

İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Yay Universiadasında Azərbaycan cüdoçuları komanda yarışlarını bürünc medalla başa vurublar.
 
Sport7.az xəbər verir ki, kişi cüdoçularımız Türkmənistan, Almaniya və Fransa yığmalarını məğlub edərək yarımfinala vəsiqə qazanıblar. Yarımfinalda Rusiya komandasına uduzan Azərbaycan millisi bürünc medal uğrunda görüşdə Braziliya cüdoçularına 3:2 hesabı ilə qalib gəlib. Millimizlə yanaşı Yaponiya komandası da 3-cü yeri tutub. Koreya 2-ci, Rusiya isə 1-ci olub.
 
2 gün əvvəl cüdoçumuz Hidayət Heydərov Universiadanın fərdi yarışlarında gümüş medal qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR