Yığmamız reytinq yarışına yollanacaq

Yığmamız reytinq yarışına yollanacaq

Para-taekvondo üzrə milli yığma komandası sabah növbəti reytinq yarışına yollanır.
 
Sport7.az xəbər verir ki, İordaniyanın paytaxtı Amman şəhərində iyulun 18-də keçiriləcək sayca 5-ci olan Para-taekvondo üzrə Asiya Açıq çempionatında millimiz 6 idmançı ilə təmsil olunacaq. 

Baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun rəhbərlik etdiyi komandanın üzvlərindən İmaməddin Xəlilov (K-44) (-61 kq), Əbülfəz Abuzərli (K-44) (-75 kq), Hüseyn Həsənov (K-44) (-75 kq), Vüsal İsmayılov (K-44) (+75 kq), Röyalə Fətəliyeva (K-44) (-49 kq), Aynur Məmmədovaya (K-44) (+58 kq) medallar uğrunda mübarizə aparacaq.
 
Nəzərinizə çatdıraq ki, Asiya qitəsindən qalib olacaq idmançı aktivinə 40 reytinq xalı, digər qitələrdən qatılaraq yarışın qalibi olacaq idmanançılar isə 20 xal əlavə etmiş olacaq. 
 
Millimiz vətənə iyulun 20-si dönəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR