Yığmamız Şəhidlər Xiyabanında - FOTOLAR

Yığmamız Şəhidlər Xiyabanında - FOTOLAR

Tovuzda "Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri Tovuz Şəhidlər Xiyabanını ziyarət ediblər.
 
Sport7.az xəbər verir ki, "Qəbələ”nin U-19 komandası ilə yoxlama oyunundan əvvəl komanda üzvləri torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhuna ehtiramların bildirib, məzarları üstünə əklillər qoyublar. Millimizin məşqçiləri Aqil Nəbiyev və Hüseyn Məhəmmədov istər Birinci Qarabağ, istərsə də Vətən müharibəsində canları bahasına torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparan qəhrəman oğullarımızın şücaətindən bəhs edib, onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağını bildiriblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR