Yığmamız Türkiyəyə yollandı

Yığmamız Türkiyəyə yollandı

2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplantısına davam edir.
 
Sport7.az xəbər verir ki, hazırlıq planına əsasən ilk olaraq komandamız Bolqarıstanda (11-15 iyul) daha sonra Rusiyada (15-19 iyul) təlim-məşq toplantısı keçmişdir. Hazırlıqlar ərəfəsində voleybolçularımız Bolqarıstan və Rusiya milliləri ilə yoldaşlıq oyunları da keçirmişdir. Rusiya millisinə qarşı keçirilən iki yoxlama oyununda hər iki yoxlama matçından ev sahibləri (3-0) qalib ayrılmışdır. Bolqarıstanda keçirilən 2 yoldaşlıq görüşündə isə 3-1 hesabı qeydə alınmışdır. İlk oyunda ev sahibləri, ikinci oyunda isə millimiz qalib gəlmişdir. 

Bu gün komandamızın Rusiyada təşkil olunan təlim-məşq prosesi sona çatmış və komandamız Türkiyəyə (İzmir) yollanmışdır. Yığmamız Türkiyədə təlim-məşqlərlə bərabər Türkiyə milli komandası ilə bir yoldaşlıq oyunu oynayacaq.
 
Komandamız turniri qəbul edəcək Braziliyaya isə iyulun 24-də Türkiyədən yollanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR