Yığmamızın Avropa çempionatındakı oyunlarının təqvimi açıqlandı

Yığmamızın Avropa çempionatındakı oyunlarının təqvimi açıqlandı

Voleybol üzrə qadınlardan ibarət milli komandamız avqustun 1-3-də Braziliyanın Uberlandiya şəhərində keçirilən 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində iştirak etdikdən sonra istirahətə yollanıb.

Sport7.az xəbər verir ki, 9-cu dəfə Avropa çempionatında iştirak edəcək millimiz hazırlıqlara avqustun 14-də başlayacaq. 10 günlük fasilədən sonra qızlarımız Avropa çempionatına hazırlıqlara Sloveniyada start verəcək. Hazırlıqlar zamanı Sloveniya milli komandası və digər komandalarla bir neçə yoldaşlıq oyunu oynayacaq. Komandamız Avropa Çempionatına isə avqust ayının 21-də Macarıstana (Budapeşt) yollanacaq. 

C qrupunda mübarizə aparacaq komandamızın rəqibləri Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya, Macarıstan yığmalarıdır.
 
Son Avropa Çempionatında millimiz 4-cü yerin sahibi olub.
 
Bu il keçirilən Avropa çempionatda 24 komanda çempionluq uğrunda mübarizə aparacaq. 
 
23.08.19

17:00 Xorvatiya – Azərbaycan​
19:30 Hollandiya _ Rumıniya
22:30 Macarıstan - Estoniya​
 
24.08.19​​
 
20:00. Estoniya – Xorvatiya ​
22:30. Rumıniya – Macarıstan ​​
 
25.08.19
 
17:30. Azərbaycan – Hollandiya ​
20:00. Estoniya – Rumıniya ​
 
26.08.19
 
20:00. Hollandiya – Xorvatiya
22:30. Macarıstan – Azərbaycan
 
27.08.19​
 
20:00. Hollandiya – Estoniya ​
22:30. Rumıniya – Xorvatiya ​
 
28.08.19
 
17:30. Azərbaycan – Estoniya
20:00. Xorvatiya – Macarıstan​
 
29.08.19
 
17:30. Rumıniya – Azərbaycan
20:00. Macarıstan – Hollandiya
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR