Yığmamızın baş məşqçisi:

Yığmamızın baş məşqçisi: "O zaman qələbə qazanmaq daha rahat olacaq"

Azərbaycan-İspaniya oyunu öncəsi voleybol üzrə qaınlardan ibarət Milli yığma komandamızın Baş məşqçisi Covanni Caprara fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Avropa Liqasında ilk oyunumuz Belarusla oldu. Bu həm də mənim Azərbaycan Milli komandasında ilk oyunum idi. Qızlar yaxşı oynadılar. Düzdür ilk hissədə çox səhvlər etdilər amma ümumilikdə qızların oyunundan razı qaldım. Belarusla oyunda edilən səhvləri növbəti oyunlarda təkrarlamamaq lazımdır. Qrupda növbəti oyunumuz İspanlarla olacaq. Bu oyuna Anastasiya Qurbanovada 14-lükdə yeralıb. Oyun əsasında ona da şans veriləcək. Doğrusu İspaniya komandasının oyunu haqqında çox məlumatım yoxdur. Ən önəmlisi biz öz oyunumuzu yaxşı oynamalıyıq. Top qəbulunda və müdafiədən sonra yaxşı və səhvsiz oynamalıyıq. O zaman qələbə qazanmaq daha rahat olacaq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR