Yığmamızın futbolçusunu Fransaya buraxmadılar

Yığmamızın futbolçusunu Fransaya buraxmadılar

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.
 
Sport7.az xəbər verir ki, U-21-in heyətində Fransaya yollanan Bayramlı bu gün AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək. Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib. AFFA və Fransa Futbol Federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır.
 
Tural Bayramlı ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR