Yığmamızın hücumçusu komandasına qələbə qazandırdı

Yığmamızın hücumçusu komandasına qələbə qazandırdı

Futbol üzrə Almaniya 3-cü Liqasında 33-cü turun oyunları keçirilir.

Sport7.az xəbər verir ki, yığmamızın hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen” klubu da növbəti matçına çıxıb. Səfərdə "1860 Münhen”lə qarşılaşan Münster klubu görüşdən qələbə ilə ayrılıb - 1:0. Start heyətdə meydana çıxan Rüfət sonadək mübarizə aparıb. 

Komandasına qələbə qazandıran qolu da məhz Dadaşov vurub. 30-cu dəqiqədə rəqib qapısına yol tapan millimizin forvardı, 77-də sarı vərəqə ilə də cəzalanıb.

Dadaşovun komandası 33 turdan sonra 45 xalla 6-cı pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR