Yığmamızın oyunu kiprli hakimlərə tapşırıldı

Yığmamızın oyunu kiprli hakimlərə tapşırıldı

U-21-in AÇ-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi Lixtenşteynlə matçın hakimləri açıqlanıb. 
 
Sport7.az xəbər verir ki, görüş kiprli hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Loukas Sotiriou olacaq. Ona meydanda Charalambos Charalambous, İoannis Lazarou kömək edəcək. Dördüncü hakim funksiyasını isə Kyriakos Christodoulou yerinə yetirəcək.
 
Lixtenşteynlə qarşılaşma noyabrın 14-də, saat 18:00-da  Sumqayıtdakı "Kapital Bank Arena”da keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR