Yığmamızın sabiq futbolçusu sənədlərini itirdi (FOTOLAR)

Yığmamızın sabiq futbolçusu sənədlərini itirdi (FOTOLAR)

Yığmamızın sabiq futbolçusu Orxan Həsənov xoşagəlməz hadisə ilə üzləşib.
 
Sport7.az xəbər verir ki, futbolçu vacib sənədlərini itirib. Həsənov şəxsi "feysbuk" səhifəsində içərisində sürücülük və şəxsiyyət vəsiqələri, o cümlədən maaş kartları olan pulqabısını itirdiyini bildirib.
 
Hazırda Birinci Divizion təmsilçisi MOİK-də çıxış edən 1991 təvəllüdlü futbolçu Azərbaycanda, "Rəvan", AZAL "Sumqayıt", "Abşeron", "Karvan" kimi klubların formasını geyib. O müxtəlif illərdə aşağı yaş qruplarından ibarət komandalarımızın da heyətində yer alıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR