Yığmamızın üzvü:

Yığmamızın üzvü: "Bu "15-lik"də olmamağıma hər hansı səbəb yoxdu"

Voleybol üzrə qadınlardan ibarət milli komandanın oyunçusu Yekaterina Jidkova yığmadan ayrılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib.
 
Sport7.az xəbər verir ki, voleybolçu qarşıdan gələn yarışlarda məhz yğmamızın üzvü kimi yer almaq istədiyini dilə gətirib: "Son günlər mətbuatda mənim milli komandadan ayrılmağım və bir daha millinin formasında Azərbaycanı təmsil etməyəcəyim kimi yazılar yazılıb. Qısada olsa buna açıqlama vermək istərdim. 
Mən Azərbaycanı təmsil etməkdən qurur duyuram. Olimpiya təsnifat oyunlarının Bakıda keçirilən hazırlıq mərhələsində son günə kimi məşqlərdə iştirak edirdim. Bildiyiniz kimi hazırlıqlara 30-a yaxın idmançı cəlb edilmişdir. Buna baxmayaraq ölkə xaricində keçiriləcən təlim məşq toplantısında 15 voleybolçu iştirak edəcək. Mənim də bu "15-lik"də olmamağıma hər hansı bir səbəb yoxdur. Bu baş məşqçinin qərarıdır və mən bunu bir idmançı kimi normal qəbul edirəm. Əlbəttə Olimpiya təsnifat oyunlarında mən də ölkəmizi təmsil etmək istərdim. Komandamızı daha sonra Avropa Çempionatı gözləyir. Ümid edirəm ki, qarşıdakı yarışlarda mən də əsas "14-lük"də yer alacam".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR