Yığmamızın üzvü:

Yığmamızın üzvü: "Bu, bizim üçün böyük üstünlükdür"

Kişilərdən ibarət voleybol yığmamızın üzvü Vüqar Bayramov Avroliqaya hazırlıqlarla bağlı danışıb.
 
Sport7.az xəbər verir ki, voleybolçu bunları söyləyib:
 
"Avropa Liqasına hazırlıqlarımıza ölkə çempionatı bitdikdən bir neçə gün sonra başladıq. Gümüş Avropa liqasına hazırlıq ərəfəsində Gürcüstan millisi ilə yoldaşlıq görüşləri də keçirdik. Bildiyiniz kimi, 25 may tarixində Rumıniya millisi ilə görüşəcəyik. İlk oyunumuzun doğma meydançamızda olması bizim üçün böyük üstünlükdür. Hər zaman olduğu kimi, yenə qələbə üçün meydançaya çıxacağıq. Bizi qarşıda maraqlı və gərgin oyunlar gözləyir".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR