Yığmamızın üzvü:

Yığmamızın üzvü: "Qrup birincisi olmaq əsas məqsəddi"

Voleybol üzrə qadınlardan ibarət milli komandamızın 6 nömrəli oyunçusu, Ayşən Abduləzimova Olimpiya Təsnifat oyunlarına hazırlkıqla bağlı danışıb.
 
Sport7.az xəbər verir ki, voleybolçu bu sözləri söyləyib: "Artıq 10 gündür ki, Olimpiya Təsnifat oyunlarına hazırlıqlara başlamışıq. Milli komandamızın əsas oyunçularıda məşqlərə qoşulub. Qızıl Avropa liqasında gördünüz ki, komandamızı gənc oyunçular təşkil edirdi. Avropa liqasında əsas məqsəd gənc oyunuların oyun təcrübələrinin artırılması idi. İndi isə gördüyünüz kimi bütün oyunçularmız məşqlərdə iştirak edirlər.
 
Avqust ayında keçiriləcək təsnifat oyunlarına hazırlıq ərəfəsində bizi bir neçə yoldaşlıq görüşləri və daha güclü məşqlər gözləyir. Təsnifat oyunlarında D qrupunda mübarizə aparacağıq. Rəqiblərimiz güclü komandalardır amma bizdə qələbə qazanmaq üçün mübarizə aparacağıq. Doğrusu hər zaman qarşımıza qələbə qazanmaq məqsədi qoyulur. Yenədə qələbə qələbə qazanmaq və qrup birincisi olmaq əsas məqsəddir. Qarşıdakı oyunlarda Hər zaman bizi dəstəkləyən azarkeşləri sevindirməyə çalışacağıq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR