Yığmamızın üzvünün İspaniyada yeni klubu müəyyənləşib

Yığmamızın üzvünün İspaniyada yeni klubu müəyyənləşib

Yığmamızın üzvü Eddi İsrafilov formasını geyindiyi "Alkorkon”dan ayrılıb.

Sport7.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca” nəşri məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi yeni mövsümdən digər Sequnda təmsilçisi "Albasete” klubunda çıxış edəcək. İsrafilovun transferinin yaxın zamanda rəsmən açıqlanacağı gözlənilir.

"Mursiya” yetirməsi olan Eddi, müəyyən vaxtlarda "Kadis”, "Eybar”, "Qranada”, "Kordoba” kimi klublarda forma geyinib. O, yığmamızın 10 rəsmi matçında forma geyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR