Yığmamızın baş məşqçisi:

Yığmamızın baş məşqçisi: "Çox səhvlərə yol verdik, yekunda məğlub olduq"

Kişi voleybolçular arasında təşkil olunan Gümüş Avropa Liqası start götürüb.
 
Sport7.az xəbər verir ki, ilk oyunda evdə Rumıniya ilə qarşılaşan milli komandamız 1:3 hesabı ilə məğlub olub.

Oyundan sonra yığmamızın baş məşqçisi Fərid Cəlalov və oyunçu Rəsul İbrahimov qarşılaşma haqqında fikirlərini federasiyanın "feysbuk" səhifəsinə açıqlayıb.

Çalışdırıcı rəqibin güclü olduğunu vurğulayıb: "İlk setdə yaxşı oynadıq və qələbə qazandıq. Sonradan çoxlu səhvlərə yol verdik, yekunda məğlub olduq. Düzünü demək lazımdır ki, Rumıniya hücumda da, blokda da çox güclü təsir bağışladı. Biz isə müdafiədə və top qəbulunda  uğursuz idik. Növbəti oyunumuz səfərdə Gürcüstana qarşı olacaq. Çalışacağıq ki, eyni səhvləri etməyək”.

İbrahimov isə, "Rəqibimiz güclü idi, az səhv etdilər və qələbə qazandılar. Biz isə yaxşı oynamadıq”, sözlərini söyləyib.
 
Yığmamız növbəti oyununu mayın 29-da Gürcüstanda yerli komandaya qarşı keçirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR