Yığmanın baş məşqçisi:

Yığmanın baş məşqçisi: "Gündə iki dəfə məşq edirik"

Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək oğlanlardan ibarət Milli komandanın baş məşqçisi Eldar Əliyev yarışa hazırlıqla bağlı danışıb.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Ölkəmiz hər zaman beynəlxalq yarışlara ev sahibliyi edir. Bu bizim idmançılarımızın inkişafına müsbət təsir göstərir. Bildiyiniz kimi voleybol üzrə gənc oğlanlardan ibarət milli komandamız iyul ayının 22-də Avropa Gənclər Olimpiya Festivalında ilk oyununa çıxacaq. Oyunların başlamasına çox az vaxt qalıb. Gündə iki dəfə məşq edirik. İyul ayının 17-dən etibarən əsas oyun arenasında (FHN İdman Arenası Fövqəladə Hallar Nazirliyinin məşq məkanı) məşqlərə başlayacağıq. Rəqiblərimiz bəllidir, çətin və maraqlı oyunlar bizi gözləyir. Bildiyiniz kimi, festivalda iştirak edən voleybol komandalarını CEV (Avropa Voleybol Federasiyası) təyin edib və bu komandalar Avropa reytinq cədvəlində ilk yeddilikdə olan komandalardır. Rəqiblərimiz güclü ola bilər amma biz də sona kimi mübarizə aparacağıq və gözəl oyun göstərməyə çalışacağıq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR