Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirmək üçün bu gün Belarusa yola düşüb.
Sport7.az xəbər verir ki, Bakı-Minsk reysi ilə səfər çıxan komandamız oyunun keçiriləcəyi şəhərə çatıb. "Slavyanskaya” otelində məskunlaşan millimiz bu gün yerli vaxtla saat 19:00-da ilk məşqinə çıxacaq.
Avqustun 26-da və 28-də isə Belarus millisi ilə yoldaşlıq oyunları keçiriləcək.
Sport7.az