Yovana Brakoçeviç-Kantsian əməliyyat olunub

Yovana Brakoçeviç-Kantsian əməliyyat olunub

2019-cu ildə qadın voleybolçuların Çempionlar Liqasında qalib olan - "Novara"nın yeni transferi Yovana Brakoçeviç-Kantsian əməliyyat olunub.

İtaliya klubunun bəyanatında qeyd olunub: "Hazırlıq prosesinin əvvəllərində baş verən fiziki problemlər səbəbindən Yovana Brakoçeviç cümə axşamı sol dizinin menisküsündən əməliyyat olunub. Tibbi müdaxilə uğurlu alınıb. Bir neçə gün ərzində Yovananın bərpa prosesinin neçə gün davam edəcəyi barədə məlumat veriləcək".

Qeyd edək ki, serb voleybolçu komandadan ayrılan Paola Eqonunun boşluğunu doldurmaq üçün transfer edilib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR