Yuliya Yefimova 6-cı dəfə dünya çempionu oldu

Yuliya Yefimova 6-cı dəfə dünya çempionu oldu

Cənubi Koreyanın Kvandju şəhərində keçirilən Su İdman növləri üzrə dünya çempionatında qadınların 100 m. məsafəyə sərbəst və 200 m. məsafəyə brass üsulu ilə üzmə yarışlarında qaliblər müəyyənləşib.

ABŞ-ı təmsil edən Simone Manuel sərbəst üsulla 100 m.-lik məsafəni 52,04 saniyəyə üzərək dünya çempionu olub. Keyt Kempbell (Avstraliya) gümüş, Sara Şöström (İsveç) isə bürünc medal qazanıb.

200 m. məsafəyə brass üsulu ilə üzmə yarışında Yuliya Yefimova qalib olub. Bu, rus idmançının ümumilikdə 6-cı, sözügedən növ üzrə isə 3-cü dünya çempionluğudu. Tatyana Sxunmaker (CAR) ikinci, Sidni Pikrem (Kanada) isə üçüncü nəticə göstərib.


Su İdman növləri üzrə dünya çempionatı

Kvandju (Cənubi Koreya)

Qadınlar

Sərbəst, 100 m.

1. Simone Manuel (ABŞ) - 52,04
2. Keyt Kempbell (Avstraliya) - 52,43
3. Sara Şöström (İsveç) - 52,46

Brass, 200 m.

1. Yuliya Yefimova (Rusiya) - 2.20,17
2. Tatyana Sxunmaker (CAR) - 2.22,50
3. Sidni Pikrem (Kanada) - 2.22,90


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR