"Keşlə"nin baş məşqçisi Yunis Hüseynov bu gün istefa ərizəsini klub rəhbərliyinə təqdim edib.
Sport7.az xəbər verir ki, keçirilən görüşdən sonra Yunis Hüseynovun istefası qəbul olunub. 55 yaşlı mütəxəssis "Keşlə”nin İdarə Heyətinin sədri Zaur Axundova təşəkkür edib, kluba uğurlar arzulayıb.
Klub rəhbərliyi də öz növbəsində Yunis Hüseynova göstərdiyi xidmətlərə görə təşəkkür edib.
Hüseynov 2020-ci ilin avqustunda paytaxt təmsilçisinin baş məşqçisi təyin olunmuşdu.
Sport7.az