Yurçeviçdən qələbə şərhi

Yurçeviçdən qələbə şərhi

Bəhreyn - Azərbaycan matçından sonra yığmamızın baş məşqçisi Nikola Yurçeviç fikirlərini səsləndirib.
 
Sport7.az xəbər verir ki, Bəhreyn Milli Stadionunda keçirilən beynəlxalq yoldaşlıq matçında 3:2 hesablı qələbəyə sevinən millimizin xorvat çalışdırıcısı təşkil olunan brifinqdə düşüncələrini belə şərh edib: "Qələbə qazanmağımız çox vacib idi. Tək mənim üçün yox, ümumilikdə, komandanın əhval-ruhiyyəsinin yaxşı olması üçün bu qələbə önəmlidir. Bəhreyn millisi son bir neçə oyununda 1 qoldan artıq top buraxmamışdı, amma biz bu gün rəqibin qapısından 3 qol keçirə bildik. Çox çətin hava şəraitində oynadıq. Temperatur çox yüksək idi. Bu baxımdan futbolçuların hansı fədakarlıq etdiyinin fərqindəyik. Bu göstərir ki, komandada həm əzmkarlıq, həm də keyfiyyət var. Qarşıda bizi Macarıstan millisi ilə oyun gözləyir. Həmin qarşılaşmaya qədər yaxşı bərpa prosesi keçməliyik. Təbii ki, həmin oyun bugünkü qarşılaşmadan fərqlənəcək. Həm daha yaxşı hava şəraitində oynayacağıq, həm qarşılaşmanın statusu fərqlidir, həm də digər - sırf futbol nüansları baxımından çox fərqli görüş olacaq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR