Yurçeviç:

Yurçeviç: "Qolumuzun qeydə alınması Xorvatiyaya da kömək edəcəkdi"

"Əvvəllər belə bir qərarla üzləşib-üzləşmədiyimi bilmirəm. Futbolçum təmiz qol vursa da, hakim dərhal onun əllə oynadığına işarə vurdu".
 
Sport7.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib. Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla keçirilən son görüşü dəyərləndirib. O, millimizin son dəqiqədə sayılmayan qolunun xorvatların mövqeyinə də təsir etdiyini söyləyib: "Hakim oyundan sonra mənə yaxınlaşaraq üzr istədi. O, gənc və yaxşı hakimdi. Düzdü, bu bizə heç nə qazandırmadı, amma üzrxahlığını qəbul etdim. Heç-heçənin turnir cədvəlindəki mövqeyimizə bir təsiri olmayacaqdı. Ancaq bunu çox istəyirdik və layiq idik də. Qolumuzun qeydə alınması final mərhələsinə vəsiqə uğrunda mübarizədə Xorvatiyaya da kömək edəcəkdi. Amma indi vəziyyət mürəkkəbdi. Ancaq xorvatların Slovakiya ilə oyunda istəyinə nail olacağına əminəm".

Yurçeviç noyabrda keçiriləcək son oyunlarla bağlı fikirlərini də bölüşüb: "Püşkatmadan sonra qrupdakı bütün komandalar bizi məğlub etməyi hədəfləyirdi. Ancaq biz də mübarizəmizi davam etdirəcəyik. Xorvatiyadan 1 xal aldıq, Macarıstanla görüşdə də buna çox yaxın idik. Hər oyun bizim üçün yeni motivasiyadı. Seçmə mərhələnin son 180 dəqiqəsində Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq".

Budapeştdə keçirilən Macarıstan - Azərbaycan oyunu ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR