Yurqen Klopp:

Yurqen Klopp: "Əsas hədəfimiz həmişə Premyer Liqa olacaq"

"Liverpul"un baş məşqçisi Yurqen Klopp ötən mövsümün yekunlarını dəyərləndirib və komandasının yeni mövsümlə bağlı planlarından danışıb:

"Ötən mövsümə dünya səviyyəli 4 mərkəz müdafiəçisi ilə başlamışdıq. Həmçinin Fabinyodan da istifadə edə bilərdik. İntensiv periodlarda heyət genişliyinə ehtiyac yaranır. Mövsüm ərzində daim heyətin tamamından istifadə edə bilsək, əla olardı.

Keçən mövsüm kubokların püşkatmalarında bəxtimiz gətirmədi. Amma heç vaxt həmin matçları bir kənara atmamışıq. Uğurlu mövsüm keçirdiyimizi deyə bilərəm.

Əsas hədəfimiz həmişə Premyer Liqa olacaq. Çünki mövsüm ərzində oyunlarımızın əksəriyyətini orada keçiririk. Çempionlar Liqasını qazanmağın bu mövsüm Premyer Liqada bizə bir faydası dəyməyəcək. Ona görə də mövsümlərarası fasilədə güclü rəqiblərə qarşı qüvvəmizi sınamalıyıq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR