"Yuventus" Dibalanın müqaviləsini uzadır

"Yuventus" Paulo Dibalanın müqaviləsini yeniləmək niyyətindədi.

Jurnalist Nikolo Skiranın xəbərinə görə, "Yuve" Dibalanın müqaviləsini 2024-cü ilin iyununa kimi uzatmağı planlaşdırır. "Qoca Sinyora" argentinalı futbolçunun ispan nəhənglərindən birinə transferinin qarşısını almağa çalışır.

Dibalanın hazırkı sazişi 2022-ci ilin yayına kimi nəzərdə tutulub. 26 yaşlı futbolçu ilinə 7 milyon avro qazanır. Onun məvacibinin 10 milyon avroya qaldırılması planlaşdırılır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR