"Yuventus" futbolçusunu 5 dəfə "Roma"ya təklif edib

"Yuventus"un məşqçilər korpusu müdafiəçi Daniel Ruqanini heyətdə görmək istəmir.
 
Sport7.az xəbər verir ki, bu haqda İtaliya mətbuatı məlumat yayıb. Turinlilər futbolçunu yayda satmaq niyyətindədi. Bu səbəblə klub müdafiəçini "Roma"ya təklif edib. Ancaq paytaxt təmsilçisi 5 təklifin hamısını rədd edib və 25 yaşlı italiyalının onlara lazım olmadığını bildirib.
 
Daha əvvəl Ruqaninin "Fiorentina"nın hücumçusu Federiko Kyezanın alınması üçün anlaşmanın bir hissəsi olacağı bildirilmişdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR