"Yuventus" gənc futbolçu ilə yolları ayırdı

"Yuventus" Stefi Mavdidi ilə yolları ayırıb.
 
Sport7.az xəbər verir ki, turinlilər 22 yaşlı futbolçunu "Monpelye"yə satıb. Fransa klubu bu futbolçuya görə italyanlara 6,4 milyon avro ödəyəcək. Ancaq bu ödəniş 3 dəfəyə gerçəkləşdiriləcək.
 
Mavdidi 2019/2020 mövsümünü icarə əsasında Fransanın digər klubu "Dijon"da keçirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR