"Yuventus" İquain və Dibala ilə müqavilə yeniləmək istəyir

Qonsalo İquain və Paulo Dibala "Yuventus"dakı çıxışlarını hələ uzun müddət davam etdirə bilərlər.

"Sport Mediaset"in xəbərinə görə, "Yuventus" hər iki futbolçuya yeni müqavilə təklif etmək niyyətindədi. İquainin müqaviləsi 2022-ci ilə kimi uzadıla bilər. Dibalanın yeni sazişinin isə 2024-cü ilə qədər nəzərdə tutulacağı bildirilir.

İquain cari mövsümdə İtaliya A Seriyasında 6 matçda meydana çıxıb və 2 qolla yadda qalıb. 5 oyunda forma geyən Dibalanın aktivində isə 1 qol, 2 məhsuldar ötürmə var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR