"Yuventus" Ronaldonu satılacaq futbolçuların siyahısına saldı

"Yuventus" Ronaldonu satmağı planlaşdırır.
 
Sport7.az xəbər verir ki, klub artıq ulduz futbolçunun adını satılacaqların siyahısına salıb. İtaliya mətbuatının yazdığına görə Turin komandası koronavirusa görə yaranan iqtisadi çətinliyi bu yolla aradan qaldırmaq niyyətindədi. 
 
Portuqaliyalı forvardın sabiq komandasına, "Real"a qayıdacağı iddia edilir. Aylıq maaşı 30 milyon avro olan Ronaldonu "Yuve" 60 milyona satmaq istəyir. 

Ronaldo bu mövsüm "Yuventus” forması ilə 32 oyuna çıxıb. O, 25 qola, 4 məhsuldar ötürməyə imza atıb.
 
İtaliya A Seriyası martın 11-də koronavirusa görə dayandırılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR