"Yuventus" sabiq futbolçusunu qaytarmaq istəyir

"Yuventus” sabiq futbolçusu Alvaro Moratanı heyətinə qaytarmaq niyyətindədi.

Sport7.az xəbər verir ki, Turin təmsilçisi hücumçunun hazırda forma geydiyi "Atletiko”su ilə danışıqlar aparır. A seriyası təmsilçisi Moratanı sonradan 45 milyona transfer etmək hüququ ilə 10 milyon avroya icarəyə götürmək istəyir. İspan klubunun rəhbərliyi bu variantı nəzərdən keçirir. Madridlilər Luis Suaresin "Barselona”dan gələcəyi halda Alvaroya ehtiyac görməyəcək.

Morata 2014-16-cı illərdə "Yuventus”da oynayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR