"Yuventus" Sarrinin rəhbərliyi altında minimal hesablı qələbələri sıralayır

İtaliya A Seriyasının 12-ci turu çərçivəsində keçirilən oyunda "Yuventus" "Milan"ı 1:0 hesabı ilə məğlub edib.

"Yuventus" baş məşqçi Mauritsio Sarrinin rəhbərliyi altında çempionatda 10-cu qələbəsini qazanıb. Turin klubu 9 oyunda minimal hesablı qalibiyyətə sevinib. Sadəcə bir oyunda "Yuve" rəqibini 2 top fərqi ilə məğlub edə bilib. "Qoca Sinyora" SPAL-ın qapısından iki cavabsız qol keçirmişdi.

12 turdan sonra "Yuventus" turnir cədvəlinə başçılıq edir. İkinci "İnter" liderdən bir xal geri qalır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR