"Yuventus"da xoşbəxt deyiləm"

"Yuventus"un yarımmüdafiəçisi Emre Can özünü komandada xoşbəxt hiss etmədiyini bildirib:

"Hazırda "Yuventus"da xoşbəxt deyiləm. Oyun praktikam azdı. Ötən mövsüm tez-tez meydana çıxırdım, xüsusilə də, vacib matçlarda yaxşı performanslarım var idi.

Bu mövsüm mənə özümü sübut etmək üçün kifayət qədər şans verilməyib. Amma düşünürəm ki, əlimə yenidən fürsət düşə bilər.

Cari mövsümdə oyun praktikam çox olmasa da, Yoahim Löv məni millinin heyətinə dəvət etdi. Ona minnətdarlığımı bildirmək istəyərdim. Buna görə də Argentina ilə matçda oynamaqdan çox məmnun idim".

Can bu mövsüm İtaliya A Seriyasında 3 matçda oynayıb və onların hamısında əvəzetmədən meydana daxil olub. Həmçinin onun adı "Yuventus"un Çempionlar Liqası üçün nəzərdə tutulmuş iştirak ərizəsinə daxil edilməyib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR